"Araz-Naxçıvan" Fransa U-21 millisinin keçmiş üzvünü transfer etdi

13:51 18 Sentyabr 2023

“Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir.

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Aksel Nqandonu transfer edib.

Hazırda Bakıda olan fransalı futbolçu tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 30 yaşlı hücumameyilli Fransa klubu “Qrenobl”dan alınıb.

Qeyd edək ki, Aksel Nqando Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib. O, “Renn”, “Oser”, “Anje”, “Bastiya” və “Göztəpə” kimi klublarda çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti