Evdə ikiqat yubiley

14:25 18 Sentyabr 2023

Misli Premyer Liqasının VI turu "Araz-Naxçıvan" üçün ikiqat əlamətdar olub.

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, "Neftçi"ni “Dalğa Arena”da qəbul edən naxçıvanlılar 25-ci ev matçına çıxıb.

1:0 hesabı ilə qalib gələn Azər Bağırovun yetirmələri komandanın Premyer Liqa tarixindəki 10-cu ev qələbəsini əldə edib. Digər 15 görüşdə 7 heç-heçəsi olan Muxtar Respublika təmsilçisi 8 dəfə uduzub.

“Araz-Naxçıvan”ın Premyer Liqada ilk oyunu və qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 12-də “Dinamo-Bakılı” ilə matçda qalib müəyyənləşməyib – 0:0. 2001-ci il martın 12-də “Şahdağ”la (Quba) qarşılaşmada meydan sahiblərinə texniki qələbə verilib. 


Xəbər xətti