Dünyanın ən dəyərli liqası müəyyənləşib.
Sportarena.az “transfermarkt”a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasıdı. Adıçəkilən çempionatdakı komandaların ümumi dəyəri 10 milyard avrodan çoxdu. İlk “5-liy”in digər sakinləri “böyük beşlik” ölkələridi.
Türkiyə Super Liqası isə 9-cu sıradadı.
Siyahıya düşməyən Azərbaycan Premyer Liqasının dəyəri 81,43 milyon avrodu.
1. Premyer Liqa (İngiltərə) – 10,42 milyad avro
2. La Liqa (İspaniya) – 4,66 milyard
3. A seriyası (İtaliya) - 4,58 milyard
4. Bundesliqa (Almaniya) - 3,97 milyard
5. Liqa 1 (Fransa) - 3,48 milyard
6. MLS (ABŞ) – 1,27 milyard
7. Primeyra Liqa (Portuqaliya) - 1,26 milyard
8. Pro Liqa (Səudiyyə Ərəbistanı) - 1,18 milyard
9. Superliqa (Türkiyə) – 1,15 milyard
10. Erediviziya (Niderland) – 966,98 milyon