Futzal üzrə Azərbaycan çempionatının püşkü atıldı

16:06 18 Sentyabr 2023

Bu gün Bakı İdman Sarayında futsal üzrə Yüksək və Birinci liqalarda 2023-2024-cü il mövsümünün püşkü atılıb.

Sportarena.az federasiyaya istinadən xəbər verir ki, Yüksək Liqada 6 komanda iştirak edəcək.

Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Mövsümə sentyabrın 26-da start veriləcək. Komandalar 7 legioner sifariş edə biləcək. Birinci Liqada isə 12 komanda iştirak edəcək. Oyunlar 2 dövrədən və 22 turdan ibarət olacaq. Birinci turun oyunları oktyabrın 1-də keçiriləcək.
Yüksək Liqa, I tur

26 sentyabr

“Neftçi” İK – “Baku Fire”

“Araz – Naxçıvan” – “Yasamal Bakı”

“Record club” – U-19

Birinci Liqa, I tur

1 oktyabr

“Bakı” MFK – “Xan Lənkəran”

“STAR kargo” – “Trabzon Azərbaycan”

“Metropoliten” – “Şuşa”

“Dalğa” – “Dəstə Ordubad”

“Baku Fire-2” – “Ulduz”

PFL - “Timsport” 


Digər xəbərlər

Xəbər xətti