Azərbaycan millisinin forvardı Renat Dadaşov bu gün Türkiyə Superliqasında debüt edə bilər.
Sportarena.az xəbər verir ki, yığmamızın hücumçusunun komandası "Hatayspor" Superliqanın 5-ci turunda "Fatih Karagümrük"lə qarşılaşacaq.
İstanbulda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Volkan Demirelin rəhbərlik etdiyi kollektiv 4 matçdan sonra 6 xalla 10-cu pillədədir. Qeyd edək ki, Dadaşov "Qrasshopper"ə məxsusdur və bir mövsümlük "Hatayspor"a icarəyə verilib.