"Əl-Hilal"ın futbolçusu Neymar yenidən zədələnib.
Sportarena.az xəbər verir ki, bu barədə ərəblərin baş məşqçisi Jorj Jezuş açıqlama verib. Portuqaliyalı mütəxəssisin sözlərinə görə görə, 31 yaşlı braziliyalı bu gün keçiriləcək "Navbahor"la (Özbəkistn) Asiya Çempionlar Liqası oyununu buraxa bilər:
“Bu gün iştirak ərizəsində yer alacaq 5 əcnəbi ulduzla bağlı qərar verəcəyik. Neymar və Mayklda bir az diskomfort var. Onların oynamağa 100 faiz hazır olduqlarına əmin olmalıyıq”.
Neymar PSJ-dən "Əl-Hilal"ın düşərgəsində zədəli gəlib. O, yalnız sentyabrın 15-də debüt edə bilib.