Maqomedov Paris Olimpiadasına lisenziya qazandı

23:17 18 Sentyabr 2023

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

Sportarena.az xəbər verir ki, idmançı yarımfinalda gürcüstanlı Givi Matçaraşviliyə 6:1 hesabı ilə qalib gəlib.

M.Maqomedov həmçinin, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 


Digər xəbərlər

Xəbər xətti