“Neftçi”də struktur dəyişikliyi oldu

17:20 26 Sentyabr 2023

“Neftçi”nin yeni strukturu təsdiqlənib.

Sportarena.az xəbər verir ki, klubu Müşahidə Şurası idarə edəcək.  Klubun baş icraçı direktoru isə Fərrux Mahmudovdur. Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini Kamil Məmmədov yerinə yetirəcək.

Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.

“Neftçi” PFK-nın Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Bu struktura əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir. 


Digər xəbərlər

Xəbər xətti