"Əl Hilal"ın hücumçusu Neymar vətəni Braziliyaya geri dönmək niyyətindədir.
Sportarena.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Ulduz futbolçu 2025-ci ildə sabiq komandası "Santos"a qayıtmaq arzusundadır. Bu səbəbdən Neymar Səudiyyə Ərəbistanı klubunun 4 illik sözləşmə təklifini qəbul etməyib və sadəcə 1 illik müqaviləyə imza atıb.
Xəbərə görə, 31 yaşlı forvard artıq "Santos" rəhbərliyi ilə razılaşıb.
Qeyd edək ki, Neymar 2009-2013-cu illərdə Braziliya klubunda çıxış edib.