“Sofascore” araşdırma şirkəti Xorvatiya çempionatında IX turun simvolik komandasını açıqlayıb.
Sportarena.az xəbər verir ki, rəmzi “11-liy”ə Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli də salınıb.
Forvard “Rudes”lə matçda 1 qol, 1 assistlə qələbəyə töhfə verməklə, ən yaxşı hücumçular arasına düşüb. Onun bu zəhməti 8,3 balla qiymətləndirilib. Emrelinin komanda yoldaşları olan digər hücumçular Yosip Drmiç və Qabriel Vidoviç də simvolik komandaya düşüblər.
Qeyd edək ki, “Dinamo” “Rudes”ə səfərdə 5:1 hesabı ilə qalib gəlib.