"Qarabağ" dünyada 39-cudur

11:12 27 Sentyabr 2023

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın 69 liqasında rəqiblərinə qarşı ən dominant oyun göstərən komandaların adlarını açıqlayıb.

Sportarena.az xəbər verir ki, reytinq 4 oyun hərəkəti üçün orta performans nisbəti əsasında qurulub. 

Bunlar qapıya zərbə, rəqibin cərimə meydanı həndəvərindən zərbə, dəqiq ötürmə və meydanın rəqibə aid hissəsindəki dəqiq ötürmələrdir.

Azərbaycan klublarından ən yaxşı göstəriciyə malik olan “Qarabağ”dır. Qurban Qurbanovun komandası Misli Premyer Liqasının ilk 6 turunda 1,88 reytinq xalı toplayıb. Ağdam təmsilçisi sözügedən göstəricilərdə dünyanın ən yaxşı 39-cu komandasıdır.

Siyahıya Bolqarıstanın “Levski” klubu başçılıq edir. Sofiya təmsilçisinin reytinqi 3,31-dir. 


Xəbər xətti