511 hərbçimiz və 1 mülki şəxs yaralanıb - RƏSMİ

11:34 27 Sentyabr 2023

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində​ 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. 


Xəbər xətti