Bütün dövrlərin ən yaxşı 100 baş məşqçisi açıqlanıb.
Sportarena.az xəbər verir ki, “Fourfourtwo” nəşrinin araşdırmasına görə, ən yaxşı mütəxəssis Aleks Ferqyusondu.
1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdıran şotlandiyalı bütün həmkarlarını qabaqlayıb. Onu niderlandlılar Rinus Mixels və Yohan Kroyff izləyiblər. Azərbaycandan heç kimin düşmədiyi siyahıda Türkiyədən Fatih Terim düşüb. O, 99-cu sıradadı.
Ən yaxşı 10 məşqçi:
1. Aleks Ferqyuson (Şotlandiya)
2. Rinus Mixels (Niderland)
3. Yohan Kroyff (Niderland)
4. Bill Şenkli (Şotlandiya)
5. Pep Qvardiola (İspaniya)
6. Arriqo Sakki (İtaliya)
7. Mett Basbi (Şotlandiya)
8. Elenio Errera (Argentina)
9. Ernst Happel (Avstriya)
10. Valeri Lobanovski (Ukrayna)