Adrian Mutudan Anım günü paylaşımı

15:40 27 Sentyabr 2023

27 sentyabr – Anım Günü Azərbaycanda yaşayan əcnəbilərin də diqqətindən yayınmayıb.

Sportarena.az xəbər verir ki, idman sahəsində çalışan bir neçə şəxs bununla bağlı sosial şəbəkədə payaşımlar edib. Onlardan biri də “Neftçi”nin baş məşqçisi Adrian Mutudu. Rumıniyalı mütəxəssis instaqram səhifəsi vasitəsilə paylaşımında üç il əvvəlki hadisə ilə bağlı başsağlığı verib:

“Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. 


Digər xəbərlər

Xəbər xətti