Ulduz futbolçunun evi qarət edildi

16:01 27 Sentyabr 2023

İspaniyalı futbolçu Serxio Ramosun evi qarət edilib.

Sportarena.az xəbər verir ki, hadisə sentyabrın 20-də baş verib. Həmin gün “Sevilya” Çempionlar Liqasında Fransanın “Lans” klubu ilə qarşılaşıb. Oğurluq zamanı evdə Ramosun dörd uşağı və iki müəllimi olub.

Futbolçunun özü həmin an “Lans”la matçda, həyat yoldaşı isə işdə olub. Sevilya ətrafındakı evdə olan uşaqlar və müəllimlər xəsarət almayıb. 


Digər xəbərlər

Xəbər xətti