“Neftçi”də daha bir təyinat reallaşıb.
Sportarena.az xəbər verir ki, paytaxt klubunun yeni mətbuat katibi bəlli olub. Rəhbərlik bu posta Emin Əfəndini təyin edib.
Hazırda Azərbaycan Respublikasının xalq artisti Miri Yusifin prodüseri olan Emin Əfəndi bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.