Xorvatiyada ölkə kubokunun 1/16 final mərhələsinin oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” səfərdə “Ponikve” ilə qarşılaşıb.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli aşağı liqa təmsilçisi ilə görüşdə meydana çıxmayıb.