AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov daha bir təyinat alıb.
Sportarena.az xəbər verir ki, UEFA onu Konfrans Liqası oyununa təyin edib. Belə ki, Məmmədov qrup mərhələsinin “Beşiktaş” (Türkiyə) – “Luqano” (İsveçrə) qarşılaşmasında UEFA Matç direktoru kimi fəaliyyət göstərəcək.
Görüş oktyabrın 5-də “Beşiktaş Park” stadionunda keçiriləcək.