“Səbail” fransalı futbolçu transfer etdi

13:54 28 Sentyabr 2023

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib. 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda fransalı müdafiəçi Silvayin Deslandeslə bu mövsümün sonunadək müqavilə imzalayıb. 

26 yaşlı adıçəkilən futbolçu klubda 3 nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, Deslandes karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib. 


Xəbər xətti