"Neftçi" Tovuza gedir

14:37 28 Sentyabr 2023

“Neftçi” Premyer Liqanın 8-ci turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir.

Sportarena.az xəbər verir ki, komandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.

Bu gün Tovuza yola düşəcək “ağ-qaralar” oyunöncəsi son məşqi sabah Tovuz şəhər stadionunda keçəcək.

Qeyd edək ki, sentyabrın 30-u saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Neftçi” matçı “CBC Sport” vasitəsilə canlı yayımlanacaq. 


Digər xəbərlər

Xəbər xətti