İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Erik Ten Haqı postunda saxlamaq niyyətindədir.
Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" 53 yaşlı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır. Klubun icraçı direktoru Riçard Arnol və idman direktoru Con Merto komandanın mövsümə uğursuz start verməsinə baxmayaraq, Ten Haqa tam dəstək verib.
Qeyd edək ki, Erik Ten Haqın hazırkı müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.