Məşhur futbolçu korrupsiyada şübhəli bilinir

22:07 28 Sentyabr 2023

"Barselona"nın və "Anji"nin keçmiş hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto istefa ərəfəsindədir.

Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bunu Kamerun Futbol Liqası ictimai müraciətlə çıxış edərək deyib.  FİFA prezidenti Canni İnfantinonu sabiq hücumçunu tutduğu vəzifədən uzaqlaşdırmaq üçün tədbirlər gördüyü bildirilib. Bəzi məlumatlara görə, Eto korrupsiyada və danışıqlarda iştirakda şübhəli bilinir. 

Həmçinin, Etonun mümkün istefasının səbəblərindən biri də pul dələduzluğu ilə bağlı araşdırmadır. Eto isə vəzifəsini daha iki il saxlamaq niyyətindədir. 


Digər xəbərlər

Xəbər xətti