“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef Premyer Liqanın 8-ci turunun “Turan-Tovuz”a qarşı keçiriləcək matçından gözləntilərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, “Neftçi TV”yə danışan israilli legioner Tovuzda oynamağın asan olmayacağını deyib:
"Bizi çətin oyun gözləyir. Lakin Tovuza qələbə üçün gedirik. Çətin matça tam konsentrasiya olmuşuq. “Neftçi” oyuna tam hazırdır. Təəssüf ki, biz süni örtüklü meydançada oynamalı olacağıq ki, bu da təkcə bizim yox, bütün komandaların problemidir. Tovuza uzun səfərdən sonra süni örtüklü meydançada oynamaq asan deyil".
O, cəza səbəbindən “Turan-Tovuz”a qarşı oynamayacaq Yuri Matias haqda isə bunları deyib: “Yuri bizim üçün vacib oyunçudur. Onun əvəzinə meydana çıxacaq futbolçunun bu matçı layiqincə oynayacağına inanıram".