Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Krumovqrad”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 3:1.
Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 4-cü dəqiqədə Hüseynov vurub.
O, qolunu əsgər salamı verərək qeyd edib.