Dünya klublarının növbəti reytinq siyahısı açıqlanıb.
Sportarena.az xəbər verir ki, cədvəldə Azərbaycan təmsilçiləri də yer alıb. Premyer Liqanın ən yüksək göstəricisinə malik komanda “Qarabağ”dı. Ancaq Ağdam təmsilçisi ilk “100-lük”dən kənarda qalıb. Qurban Qurbanovun yetirmələri aktivindəki 79,7 xalla 131-ci sırada qərarlaşıb.
Növbəti təmsilçimiz “Sabah” özünə 475-ci sırada yer tapa bilib. “Neftçi” isə dünyanın 566-cısıdı. Bu komandalarla yanaşı, “Zirə” də ilk “1000-liy”ə düşə bilib. Rəşad Sadıqovun kollektivi 694-cü yerdədi.
Premyer Liqanın digər təmsilçiləri isə 1000-2000-ci yerlər aralığında qərarlaşıblar.
Ümumilikdə dünyanın 13 min 377 klubunun salındığı reytinqə “Mançester Siti” başçılıq edir. İngiltərə klubunun hesabında 100 xal var. Premyer Liqanın digər iştirakçısı “Liverpul” 95,3 xalla ikinci yerdədi. “Bavariya” isə 95,1 reytinq xalı ilə ilk “üçlüy”ü tamamlayır.
Azərbaycan klublarının reytinqdəki mövqeləri:
131. “Qarabağ” – 79,7 xal
475. “Sabah” – 72,3
566. “Neftçi” – 71,3
694. “Zirə” – 69,9
1028. “Turan Tovuz” – 66,9
1127. “Qəbələ” – 66,3
1471. “Səbail” – 64,1
1656. “Sumqayıt” – 63,0
1679. “Araz-Naxçıvan” – 62,9
1921. “Kəpəz” – 61,7