İtaliya millisinin üzvü karyerasını başa vurmağı planlaşdırır

15:00 29 Sentyabr 2023

İtaliya millisinin və "Union Berlin"in müdafiəçisi Leonardo Bonuççi yayda aktiv futbolçu karyerasını başa vura bilər.

Sportarena.az xəbər verir ki, bu barədə təcrübəli futbolçu özü məlumat verib. "Tuttosport"a açıqlama verən Leonardo bildirib ki, 2024/2025 mövsümdən futbol oynamaq istəmir:

"İki variantım var idi: “Latsio” və “Union Berlin”. Avqustun sonunda Berlin klubunu seçdim. “Union Berlin”in Bundesliqada ilk iki oyununa baxdım. Atmosfer, azarkeşlər, komanda üçün buraya gəldiyim üçün çox xoşbəxtəm. Baş məşqçi ilə danışdım və bəlkə də son mövsümümü keçirmək üçün “Union Berlin”in təklifini qəbul etmək qərarına gəldim. 20 il İtaliyada oynamışam və düşünürəm ki, futbolçu karyeramdan sonra məşqçi olmaq istəyirəm".

36 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədədir. 


Digər xəbərlər

Xəbər xətti