"Qurban Qurbanovsuz çətin oldu" - "Qarabağ"ın məşqçisi

22:49 29 Sentyabr 2023

“Qurban Qurbanovsuz çətin oldu”.

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Sumqayıt”ı 5:0 hesabı ilə darmadağın edən “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov deyib. Çalışdırıcı görüşdən sonra mətbuat konfrasında iştirak edib:

“Danişacaq çox şey yoxdur. Komanda bu gün bəlkə də ən yaxşı oyununu oynadı. Verilən tapşırıqların hamısına əməl etdilər. 90 dəqiqə ərzində həm müdafiə, həm hücumda məzmunlu oyun oynadılar. Komandanı, azarkeşləri təbrik edirəm. Vacib 3 xal qazandıq”.

 - Qurban Qurbanov fasilədə nə kimi təlimatlar verdi?

 - Məşqçimiz futbolçulara oyundan qopmamağı, tempi axıra kimi saxlamağı dedi. Qurban Qurbanovsuz çətin oldu. Yoxluğu hiss olunurdu.

 -  Növbəti rəqibiniz "Haken" son oyunda 4 qol vurdu. Siz isə beş qol vurduz bu gün. Demək olar ki, onlara gözdağı verdiz?

 - Biz o haqda düşünmürük. Çıxıb oyunumuz oynayırıq. Hər görüşə 3 xal üçün çıxırıq. “Haken”lə oyuna ayrıca hazırlaşırıq. Belə bir fikrimiz yox idi ki, nəticə belə olsun.

  - Bədavi Hüseynovun hazırkı durumu necədir?

 - “Haken”lə oyunda daha yaxşı Bədavi görəcəyik. Əgəe 11-likdə şans qazansa. Bu gün də onu çox riskə atmadıq. Biraz onu qorumağa çalışırıq. Daha yaxşı performans üçün bunları edirik.

-Maksim Medvedevi bundan sonra 90 dəqiqə meydanda görəcəyik?

- Bugünkü matç onu göstərdi ki, Maksim 90 dəqiqə oynamağa hazırdır. O, çox təcrübəlidir. Lazım olan anlarda bizə köməyi dəyəcək.

-Demək olar ki, artıq Andrey Lunyov əsas qapıçıdır?

 - Lunyov bir ilə yaxındır ki, oyun praktikası yoxdu. Ona görə indi ona daha çox şans veririk. Kimin əsas heyətdə olacağı daha sonra bilinəcək. Amma son oyunlarda özünü daha yaxşı tərəfdən göstərir.


Xəbər xətti