"Qarabağ"ın gücü bəllidir”.
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qarabağ”a 5:0 hesabla məğlub olan “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib:
"Qarabağ” Avropada səs salan bir klubdur. Futbolçular əlindən gələni etdilər. Oyun haqda danışılası çox şey yoxdur. Qarabağ"ın gücü bəllidir”.
- Hesab böyük oldu. Sizcə, niyə?
- Özümüz də gözləmirdik ki, böyükhesablı nəticə olacaq. Futboldur da, nə deyim. Səhvlərimiz var. Onların üzərində işləyəcəyik. Başqa sözüm yodur.
- "Sumqayıt" getdikcə zəifləyir, deyəsən?
- Elə deməzdim. Futbolçuların hamsını oynatmalıyıq, yoxlamalıyıq. "Qarabağ"a qarşı hansı heyətlə oynasan, yenə çətin olacaq. Oyunçular əllərindən gələni edirlər. İstər oynayanlar, istərsə də, sonradan meydana çıxanlar.
- Orxan Sadıqlıya şans verməyi düşünürsüz?
- Vaxt çatanda, yəqin ki, şans verəcəyik.
- Oyunda komandanız adına müsbət nəsə oldu?
- Bu oyunu yaddan çıxarıb, gələn oyuna hazırlaşacağıq. İkinci yarıda 1-2 hücumlarımız oldu. Gələcək oyunlar üçün nikbin baxırıq.
- Bu gedişatın qarşısını necə alacaqsınız? Bəlkə, problem adaptasiyadır?
- Futbolçular artıq uyğunlaşıblar. Problem o deyil. Səhvlər üzərində işləyib, digər oyunlar üçün hazırlaşacağıq.