Diniyevin komandası öz meydanında uduzdu

13:37 30 Sentyabr 2023

Azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin klubu “Ümraniyespor” Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Sportarena.az xəbər verir ki, komanda öz meydanında “Bandırmaspor”u qəbul edib. Görüş “Ümraniyespor”un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydana start heyətdə çıxan Diniyev sona qədər mübarizə aparıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Ümraniyəspor” hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.   


Digər xəbərlər

Xəbər xətti