"Neftçi"nin zədəli hücumçusu gələn həftə komanda ilə məşqlərə qoşulacaq

15:25 30 Sentyabr 2023

"Neftçi"nin zədəli futbolçusu Andre Şinyaşiki gələn həftə komanda ilə məşqlərə qoşulacaq.

Sportarena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.

O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini söyləyib.

Qeyd edək ki, braziliyalı oyunçu "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın VII tur oyununda əzələsindən zədə alıb. "Neftçi" bu gün VIII turda "Turan Tovuz"un qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti