Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, 32 yaşlı hakim Farer adalarında yerli “Ki Klaksvik” ilə Fransa “Lill”i arasında keçiriləcək oyunu idarə edəcək.
Oktyabrın 5-də Torshavnda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.