"Sabah" "Səbail"lə bacarmadı, "Neftçi" qalib gəldi - YENİLƏNİB

20:13 30 Sentyabr 2023

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Neftçi”ni sınağa çəkəcək. “Səbail” isə “Sabah”la üz-üzə gələcək.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sumqayıt”a 5 cavabsız qolla qalib gəlib. Sabah “Kəpəz” - “Qəbələ” və “Araz-Naxçıvan” - “Zirə” oyunları da baş tutacaq.

Azərbaycan Premyer Liqası
8-ci tur
30 sentyabr

“Turan Tovuz” - “Neftçi” 0:1

Qol: Aaron Olanare, 87
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Tovuz şəhər stadionu, 16:00

“Səbail” - “Sabah” 2:2 
Qollar: 
Yusif Nəbiyev, 28, Adi Mehremiç, 87 - Emmanuel Apeh, 41 (pen), Anatoli Nuriyev, 83
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”, 18:00. 


Xəbər xətti