"Mançester Siti" səfər oyununda uduzdu - VİDEO

00:02 1 Oktyabr 2023

İngiltərə Premyer Liqasında 7-ci turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, bu gün "Mançester Siti" səfərdə "Vulverhempton"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

6 turdan sonra 18 xal toplayan "Mançester Siti" çempionatın lideridir. 7 xalı olan "Vulverhempton" isə 13-cü yerdədir.

"Vulverhempton" - "Mançester Siti" 2:1

Qollar: Ruben Dias, 13 (avtoqol), Hi-Çan, 66 - Julian Alvares, 58 

 

 


Digər xəbərlər

Xəbər xətti