Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında mərkəzi oyuna çıxıb.
Sportarena.az xəbər verir ki, 3-cü pillədə olan komanda 10-cu turda lider "Hayduk"un qonağı olub.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Start heyətdə meydana çıxan Mahir 62-ci dəqiqədə əvəzlənib. O, 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra "Hayduk" 21 xalla liderliyini möhkəmləndirib. Bir oyun az keçirən "Dinamo" isə 16 xalla 3-cüdür.