Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” doğma meydanda “Alanyaspor”la qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:0.
Məhəmmədəliyev bu matçda ehtiyatda oturub.Hazırda Adana təmsilçisi 14 xalla 3-cü pillədədir.