Luka Modriç "Real"a lazım deyil?

11:09 2 Oktyabr 2023

"Real" La Liqanın 8-ci turu çərçivəsində səfərdə "Jirona"nı darmadağın edib - 3:0.

Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuat məluat yayıb. Bu mövsüm meydanda rolu nəzərəçarpacaq dərəcədə azalan veteran Luka Modriç bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Baş məşqçi Karlo Ançelotti onsuz oynamağı seçib. 38 yaşlı xorvatiyalı “Real”ın son iki oyununda (Las Palmas və “Jirona”) bir dəqiqə belə meydana çıxmayıb. Modriç 11 ildə ilk dəfə ardıcıl iki matçda zədəsiz və ya cəzasız oynamayıb. Modriç 2012-ci ilin avqustundan "Real"da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. 


Digər xəbərlər

Xəbər xətti