Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer” Almaniya Bundesliqasının VI turunda “Maynts”ı səfərdə 3:0 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, bununla Leverkuzen təmsilçisi klub rekorduna imza atıb. Belə ki, “Bayer” tarixində ilk dəfə mövsümün startındakı birinci 6 turda 16 xal toplayıb. Xabi Alonsonun kollektivi 5 dəfə qələbə qazanıb, 1 dəfə isə rəqibi ilə bərabərə qalıb. Komanda hazırda turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, “Bayer” Bundesliqanın VII turunda “Köln”lə qarşılaşacaq. Bu matç oktyabrın 8-də Leverkuzendə baş tutacaq.