“Əsas hədəf qrupda birinci yer tutmaqdır”.
Sportarena.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının yeni kapitanı Endər Poladxanlı FİBA Avropa Kubokunun qrup mərhələsi barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
24 yaşlı basketbolçu yer aldıqları A qrupunda hər üç rəqibi məğlub edəcək gücə malik olduqlarını düşünür: “18 ildən sonra klub səviyyəsində ölkə basketbolunu avrokuboklarda təmsil edirik. Buna görə də məqsədimiz yalnız qələbə qazanmaqdır. Amma basketbolda hər şey ola bilər. Təcrübəsizlik, avrokuboklarda uzun müddətdir çıxış etməməyin təsiri hiss oluna bilər. Çox yaxşı komandamız var. Hər üç rəqibə qalib gələcəyimizə inanıram. Bu olmasa belə, əlimizdən gələni edəcəyik ki, Azərbaycan basketbolunu Avropada yüksək səviyyədə təmsil edək”.