"Qarabağ" Misli Premyer Liqasının VIII turunda "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəlib. Bu, Ağdam klubunun Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsi olub.
Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bölgə təmsilçisi bu göstəricidə rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba sevinib. "Qarabağ" həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.
Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.