Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportarena.az xəbər verir ki, "Ankaragücü" Tolunay Kafkasla yollarını ayırıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
55 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Tolunay Kafkas bu ilin mart ayından "Ankaragücü"nü çalışdırırdı. KOmanda Super Liqada 7 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.