"Barselona"da yeni müqavilə

18:54 2 Oktyabr 2023

“Barselona” yarımmüdafiəçisi Lamin Yamalla yeni müqavilə imzalayıb.

Sportarena.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb. 16 yaşlı futbolçu ilə yeni anlaşma 2026-cı ilin yayınadək qüvvədədi. Onun sərbəst qalma təzminatı 1 milyard avro təşkil edir.

Qeyd edək ki, Lamin Yamal “Barselona”nın heyətində keçirdiyi 10 oyunda 2 assist edib. 


Digər xəbərlər

Xəbər xətti