“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.
Sportarena.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağında Niderland təmsilçisi “Donar”la qarşılaşıb.
Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma gərgin keçib. Yekunda “Sabah” qroningenlilər üzərində 75:72 hesablı qələbəyə sevinib.
“Sabah” ikinci oyununu oktyabrın 3-də yerli “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək.