Çempionlar Liqası: “Qalatasaray” Mançesterdən, “Real” Neapoldan 3 xalla dönür - YENİLƏNİB

02:00 4 Oktyabr 2023

Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Sportarena.az xəbər verir ki, A, B, C və D qruplarında ümumilikdə 8 oyun baş tutub. Türkiyə çempionu “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub. 5 qolun vurulduğu oyun İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb.  Bu qrupun digər matçında “Bavariya” Danimarkada “Kopenhagen”i məğlub edib.

Günün mərkəzi qarşılaşması İtaliyada “Napoli” ilə Madrid “Real”ı arasında baş tutub. İspaniyalılar qarşılaşamadan  3:2 hesablı qələbə ilə ayrılıb.

“Sevilya”  Niderland səfərində 1 xal qazanıbsa, “Arsenal” Fransada “Lans”a uduzub.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

3 oktyabr


A qrupu


"Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 2:3
Heylun, 17; 67 - Zaha, 23; Akturkoğlu, 71; İkardi, 81


"Kopenhagen" - "Bavariya" (Almaniya) - 1:2

Lerager, 56 - Musiala, 67; Tel, 83


B qrupu


“Lans” (Fransa) - “Arsenal” (İngiltərə) - 2:1
Tomasson, 254 Vahi, 69 - Xesus, 14


PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:2
Yonq, 86; Teze, 90+5 - Qudel, 68; Nesiri, 87 

 

C qrupu


“Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) - 2:3

Beker, 30; 37 - Nyakate, 41; Bruma, 51; Kaştru, 90+4


"Napoli" (İtaliya) - "Real" (İspaniya) - 2:3
Ostiqard, 19; Zielinski, 54 (pen) - Vinisius, 27; Bellingem, 34; Valverde, 78

 

D qrupu


“Zalsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) - 0:2
Oyarsabal, 7; Mendes, 27


“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) - 1:0

Türam, 62 


Digər xəbərlər

Xəbər xətti