UEFA-dan Elçin Məsiyevə təyinat

11:08 3 Oktyabr 2023

Elçin Məsiyev UEFA-dan daha bir beynəlxalq təyinat alıb.

Sportarena.az xəbər verir ki, FİFA referisi Konfrans Liqasının qrup mərhələsinin II tur oyununu idarə edəcək. Belə ki, Məsiyev oktyabrın 5-də baş tutacaq “Klaksvik” (Farer adaları) – “Lill” (Fransa) görüşündə ədaləti qoruyacaq. Qarşılaşmanın yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakimi isə Fərid Hacıyev olacaq.

Türkiyəli Mete Kalkavan və Erkan Engin matçın VAR hakimləri kimi iş başında olacaqlar. 


Digər xəbərlər

Xəbər xətti