Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Hakken" - "Qarabağ" matçını idarə edəcək hakimlər bəlli olub.
Sportarena.az xəbər verir ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Sebastyan Qişamerdir, ona yan xətt hakimləri Roland Ridel və Santino Şerer kömək edəcək. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.
VAR-ın əsas hakimi Kristian-Petru Kokira, köməkçisi Aleksander Harkam olacaq.Oktyabrın 5-də keçiriləcək görüşə saat 23:00-da start veriləcək.