Yurçeviçin yeni iş yeri müəyyənləşdi

15:48 3 Oktyabr 2023

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin yeni komandası bəlli olub.

Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis yenə yığmada çalışacaq. O, Livan seçməsinin baş məşqçisi postuna təyin olunub. Xorvatiyalı mütəxəssis artıq Livan Futbol Assosiasiyası ilə rəsmi müqaviləyə qol çəkib. Ona qədər komandanı serbiyalı Aleksandr İliç çalışdırıb.

Yurçeviçin qarşısına qoyulan məqsəd DÇ-2026-nın seçmə mərhələsində uğurlu çıxış etməkdi. Komanda ilk oyununu noyabrın 16-da Fələstinə qarşı keçirəcək. Yurçeviçin debütü isə oktyabrın 12-də Podqoritsada Monteneqro ilə yoldaşlıq görüşündə reallaşacaq.

Qeyd edək ki, Nikola Yurçeviç sonuncu dəfə 2019-cu ildə Azərbaycan millisinə rəhbərlik edib. 


Digər xəbərlər

Xəbər xətti