“Qarabağ” bu gün İsveçə gedir

16:12 3 Oktyabr 2023

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür. 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda saat 18:00-da İsveçə yollanacaq. “Qarabağ” “Scandic Opallen Hotel”də məskunlaşacaq.

Baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda keçiriləcək.

Qeyd edək ki, oktyabrın 5-i  oynanılacaq “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti