“Sabah”ın futbolçusuna ağır cəza

16:37 3 Oktyabr 2023

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az xəbər verir ki, VIII turun “Səbail” – “Sabah” oyununda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

Komandaların hər birinin 4 futbolçusu sarı vərəqə aldığından, paytaxt klubları 700 manat cərimə edilib.

“Sabah”ın futbolçusu Boyan Letiçin cəzası isə ağır olub. Hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan serbiyalı müdafiəçi 2-si şərti olmaqla 4 oyunluq sanksiya ilə üzləşib. Ona 3 aylıq sınaq müddəti verilib. Letiçin bu davranışı “Sabah”ın 3000 manat cərimələnməsinə səbəb olub. 


Digər xəbərlər

Xəbər xətti