UEFA Avropa Liqası: "Qarabağ" beşinci pillədə qərarlaşıb - FOTO

16:37 4 Oktyabr 2023

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.

Sportarena.az xəbər verir ki, "10-luq"da "Qarabağ" da yer alıb.

Azərbaycan təmsilçisi 5-ci pillədə qərarlaşıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın dördündə qələbə qazanıb, birində məğlub olub.

Komandanın qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu birinci, Norveç çempionu "Molde" isə 10-cu sıradadır. 



Digər xəbərlər

Xəbər xətti