Futbol üzrə AVRO-2028-nin harada keçiriləcəyi bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Türkiyənin turnirə ev sahibliyi üçün namizədliyini geri çəkdikdən sonra çempionatın keçiriləcəyi yer dəyişdirilib. Qərara görə, Avropa çempionatına Böyük Britaniya və İrlandiya ev sahibliyi edəcək.
Qeyd edək ki, ötən ilin noyabrında UEFA İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels futbol assosiasiyalarından 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək hüququ üçün ilkin ərizə sənədləri aldığını təsdiqləyib.